Ronaldu "Mançester Yunayted"də ilk məşqinə çıxıb

Ronaldu "Mançester Yunayted"də ilk məşqinə çıxıb Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yenicə transfer olunduğu İngiltərənin "Mançester Yunayted" klubuna qoşulub.
Futbol
7 Sentyabr , 2021 18:17
Ronaldu Mançester Yunayteddə ilk məşqinə çıxıb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yenicə transfer olunduğu İngiltərənin "Mançester Yunayted" klubuna qoşulub.

"Report" Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu əvvəlcə komandanın baş məşqçisi Ule-Qunnar Sulşerlə görüşüb.

Təcrübəli forvard artıq sabiq klubunda ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Ronaldu "Mançester Yunayted"ə İtaliya "Yuventus"undan keçib. O, 2003 - 2009-cu illərdə də "qırmızı şeytanlar"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi