Ronaldu karantinə görə klub rəhbərliyi ilə mübahisə etdi

Ronaldu karantinə görə klub rəhbərliyi ilə mübahisə etdi İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu klub rəhbərliyi ilə mübahisə edib.
Futbol
9 Oktyabr , 2020 19:09
Ronaldu karantinə görə klub rəhbərliyi ilə mübahisə etdi
Kriştianu Ronaldu

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu klub rəhbərliyi ilə mübahisə edib.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, buna Turin təmsilçisinin bütün oyunçularının karantinə alınması səbəb olub. Klubun iki işçisi koronavirusa yoluxub.

Ronaldu oktyabrın 7-də Portuqaliya millsinin heyətində İspaniyaya qarşı (0:0) yoldaşlıq görüşündə iştirak edib. Təcrübəli forvard karantin səbəbindən ona icazə verməyən klub rəhbərliyinin qərarından narazı qalıb.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. Ronaldu bu komandada iki dəfə İtaliya çempionatının, bir dəfə isə ölkə Super Kubokunun qalibi olub. Ulduz futbolçunun klubla sözləşməsi 2022-ci ildə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi