Ronaldu İtaliya Kuboku ilə yuxuya getdi - FOTO

Ronaldu İtaliya Kuboku ilə yuxuya getdi - FOTO Portuqaliyanın millisinin futbolçusu Kriştianu Ronaldu "Yuventus"un heyətində ilk dəfə İtaliya Kubokunu qazanıb
Futbol
20 May , 2021 10:05
Ronaldu İtaliya Kuboku ilə yuxuya getdi - FOTO
Kriştianu Ronaldu

Portuqaliyanın millisinin futbolçusu Kriştianu Ronaldu "Yuventus"un heyətində ilk dəfə İtaliya Kubokunu qazanıb.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu "Atalanta"nı 2:1 hesabı ilə yendikləri final oyunundan sonra nüfuzlu mükafatla fotosunu paylaşıb.

Bu, Ronaldunun zəngin kolleksiyasında 34-cü titul olub. Təcrübəli forvard İspaniya "Barselona"sının oyunçusu Lionel Messidən cəmi 1 titul geridə qalır.

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ildə "Real Madrid"dən 117 milyon avroya keçib. Onun müqavilə 2022-ci ilin yayınadək qüvvədədir.

Son xəbərlər

Orphus sistemi