Ronaldu dünyanın ən nüfuzlu idmançısı seçilib

Ronaldu dünyanın ən nüfuzlu idmançısı seçilib “YouGov” Tədqiqat Mərkəzi "Yuventus"un hücumçusu Kriştianu Ronaldunu planetin ən nüfuzlu hörmətli idmançısı elan edib.
Futbol
27 Sentyabr , 2020 06:59
Ronaldu dünyanın ən nüfuzlu idmançısı seçilib
Kriştianu Ronaldu

"YouGov" Tədqiqat Mərkəzi "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldunu planetin ən nüfuzlu idmançısı elan edib.

"Report" xəbər verir ki, bu barədə “Give Me Sport” portalı məlumat yayıb.

Qeyd edilir ki, tanınmış şəxsiyyətlərin ümumdünya reytinqində 35 yaşlı portuqaliyalı 6-cı yeri tutub.

Onun əbədi rəqibi Lionel Messi idmançılar arasında nüfuz meyarına görə dünyada 2-ci yerdədir. Messi məşhurluğuna görə Rusiya prezidenti Vladimir Putini qabaqlayaraq, dünyanın ən nüfuzlu şəxslərinin siyahısında 11-ci yeri tutur. Basketbol əfsanəsi Maykl Cordan siyahıda 13-cü yerdə qərarlaşıb.

Maraqlıdır ki, "YouGov" Ronaldu və Messinin mövqelərini həmçinin müxtəlif ölkələrdə müqayisə edib. Təhlil nəticəsində müəyyən olunub ki, respondentlərinin rəyinin soruşulduğu 42 ölkənin 32-də insanlar ona pərəstiş edirlər.

Son xəbərlər

Orphus sistemi