Bakı. 13 aprel. REPORT.AZ/ İspaniyanın "Real" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ilk ¼ final oyununda Almaniya "Bavariya"sının qapısından 2 qol keçirdib.
"Report" xəbər verir ki, beləliklə, o, ikinci qoldan sonra avrokubok oyunlarında 100-cü qolunu vurmuş olub.
Ronaldu bu zirvəni ilk fəth edən futbolçu kimi tarixə düşüb.