"Roma" Serxio Ramosla danışıqlara başladı

"Roma" Serxio Ramosla danışıqlara başladı İtaliyanın "Roma" klubu İspaniya "Real Madrid"i ilə vidalaşan Serxio Ramosu heyətinə qatmaq istəyir.
Futbol
21 İyun , 2021 19:05
Roma Serxio Ramosla danışıqlara başladı
Serxio Ramos

İtaliyanın "Roma" klubu İspaniya "Real Madrid"i ilə vidalaşan Serxio Ramosu heyətinə qatmaq istəyir.

"Report" "Sport Mediaset"ə istinadən xəbər verir ki, Joze Mourinyo ispaniyalı müdafiəçinin xidmətində maraqlıdır.

Artıq "canavarlar"ın rəhbərliyi 35 yaşlı oyunçu ilə danışıqlara başlayıb. Paytaxt təmsilçisi Ramosa illik 7,5 milyon avro məvacib təklif edib. Futbolçu düşünmək üçün qarşı tərəfdən vaxt istəyib.

Qeyd edək ki, "Real Madrid" Serxio Ramosun ötən mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Son xəbərlər

Orphus sistemi