İtaliyada futbolçu meydanın özlərinə aid hissəsindən qol vurdu

Futbol
  • 19 oktyabr, 2020
  • 08:45
İtaliyada futbolçu meydanın özlərinə aid hissəsindən qol vurdu

İtaliyanın "Fano" klubunun futbolçusu Rikkardo Karnelutti C Seriyasında V turun "İmoleze" ilə oyununda baxımlı qol vurub.

"Report"un məlumatına görə, 21 yaşlı müdafiəçi topu meydanın komandasına aid hissəsindən rəqib qapısına göndərib.

Amma italiyalı oyunçunun qolu "Fano"nu məğlubiyyətdən xilas etməyib - 1:2.

Qeyd edək ki, italiyalı futbolçu peşəkar karyerasına "Roma" klubunda başlayıb.

İtaliyada futbolçu meydanın özlərinə aid hissəsindən qol vurdu