“Roma”nın prezidenti “Barselona” üzərində qələbədən sonra hovuza tullanıb - VİDEO
- 11 aprel, 2018
- 11:17
Bakı. 11 aprel. REPORT.AZ/ İtaliyanın “Roma” klubunun prezidenti Ceyms Pallotta Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İspaniya “Barselona”sı üzərində 3:0 hesablı qələbədən sonra fontanlı hovuza tullanıb.
“Report” xəbər verir ki, paytaxt klubunun rəhbəri “Roma”nın yarımfinala yüksəlməsini qeyd edən azarkeşlərə qoşulub.
Qeyd edək ki, “Roma” səfərdə 1:4 hesabı ilə uduzmağına rəğmən, cavab qarşılaşmasında 3 cavabsız qolla “Barselona”nı mübarizədən kənarlaşdırıb. Yarımfinal mərhələsinin püşkü aprelin 13-də atılacaq.
We congratulate the leaders of Azerbaijan @presidentaz and Armenia @NikolPashinyan for initialing a peace treaty between their countries.@POTUS Donald Trump and his administration’s active leadership and engagement made this another landmark achievement possible, promoting…
— Israel Foreign Ministry (@IsraelMFA) August 9, 2025