Robert Prosineçkinin səhhətində problem yaranıb

Robert Prosineçkinin səhhətində problem yaranıb Azərbaycan yığmasının baş məşqçisinin Antalyaya səfəri təxirə düşüb
Futbol
279
9 Yanvar , 2015 11:45
Robert Prosineçkinin səhhətində problem yaranıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. 

M.Nərimanoğlu bildirib ki, xorvatiyalı mütəxəssisin soyuqdəymə üzündən bədən hərarəti 40 dərəcəyə yüksəlib. Ona görə də R.Prosineçkinin Türkiyənin Antalya bölgəsinə bu günə nəzərdə tutulan səfəri təxirə salınıb. AFFA rəsmisi baş məşqçinin Türkiyəyə yanvarın 11-də yollanacağını açıqlayıb.

Qeyd edək ki, Robert Prosineçki Antalyaya Azərbaycan klublarının hazırlıq prosesini izləməyə getməli idi.  

Son xəbərlər

Orphus sistemi