Renat Dadaşov: "Mən sadəcə, qol vurmuşam"

Renat Dadaşov: "Mən sadəcə, qol vurmuşam" "Bu futboldur və topa ilk toxunuşumda qol vurmağı bacardım".
Futbol
13 Yanvar , 2022 10:13
Renat Dadaşov: Mən sadəcə, qol vurmuşam

"Bəli, mən topa ilk toxunuşumda qol vurmağı bacardım. Amma bu, futboldur".

"Report"un məlumatına görə, bunu "Tondela" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Riu Ave"ni 1:0 hesabı ilə yendikləri Portuqaliya Kubokunun 1/4 final matçından sonra deyib.

23 yaşlı hücumçu qələbə qoluna imza atdığı üçün çox xoşbəxt olduğunu söyləyib: "Mən sadəcə, qol vurmuşam, biz bir ailəyik və finala çıxmağı arzulayırıq".

Qeyd edək ki, qarşılaşmanın əlavə vaxtında - 95-ci dəqiqədə meydana daxil olan Renat Dadaşov 96-cı dəqiqədə fərqlənməklə komandasını yarımfinala yüksəldib.

Son xəbərlər

Orphus sistemi