Renat Dadaşov: "Debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm"
Futbol
- 01 mart, 2025
- 09:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu möhtəşəm klubda debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm.
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.
Polşanın "Radomyak" klubunda çıxış edən 25 yaşlı hücumçu ölkə çempionatının XXIII turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Üç xal qazanmaq istəyirdik. Amma çalışmağa davam edəcəyik və diqqətimizi növbəti oyuna yönəldəcəyik".
Qeyd edək ki, görüşün 80-ci dəqiqəsində meydana daxil olan Renat Dadaşov 90-cı dəqiqədə komandasını məğlubiyyətdən xilas edib. "Radomyak" fevralın 24-də forvardı heyətinə qatdığını açıqlamışdı.
Son xəbərlər
13:50
Azərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar
Fərdi
13:47
Laçında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib
Qarabağ
13:44
Antalyada COP-31-in keçiriləcəyi məkanda Azərbaycan pavilyonu qurulub
Region
13:44
DÇ-2028: Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb
Futbol
13:42
Nazir müavini: Səhiyyə Nazirliyi dərmanların qeydiyyatdan keçmədən ölkəyə idxalına şərait yaradır
Sağlamlıq
13:40
Sahil Babayev: "Azərbaycanda inflyasiya nəzarətdədir"
Maliyyə
13:40
Özbəkistan BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin regional ofisini açmağa hazırdır
Region
13:35
Sahil Babayev: "Təhsildə adambaşına maliyyələşdirilmə genişləndiriləcək"
Milli Məclis
13:34
Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Digər ölkələr