"Real Madrid"in kapitanı dördüncü dəfə ata oldu

"Real Madrid"in kapitanı dördüncü dəfə ata oldu İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramosun oğlu dünyaya gəlib.
Futbol
26 İyul , 2020 23:37
Real Madridin kapitanı dördüncü dəfə ata oldu

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramosun oğlu dünyaya gəlib. 

"Report"un məlumatına görə, 34 yaşlı müdafiəçi həyat yoldaşı Pilar Rubio və yeni doğulan övladının fotosunu "Instagram"da paylaşıb. Təcrübəli müdafiəçi səhər saatlarında həyata göz açan körpənin 3,270 kq çəkidə olduğunu bildirib. O, uşağa Maksimo Adriano adını verib. 

Qeyd edək ki, Serxio Ramos və Pilar Rubio 3 uşaq da böyüdürlər. Kiçik Serxio 2014-cü, Marko 2015-ci, Alexandro isə 2018-ci ildə doğulub.

Son xəbərlər

Orphus sistemi