"Real Madrid"in hücumçusu yenə zədələndi

"Real Madrid"in hücumçusu yenə zədələndi İspaniyanın "Real Madrid" komandasının futbolçusu Eden Azar növbəti dəfə sıradan çıxıb.
Futbol
3 Fevral , 2021 19:43
Real Madridin hücumçusu yenə zədələndi
Eden Azar

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Eden Azar növbəti dəfə sıradan çıxıb.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, sol ayaq əzələsindən zədələnən belçikalı hücumçunun 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Bu halda 31 yaşlı forvard İtaliya "Atalanta"sı ilə Çempionlar Liqasının 1/8 final məhrələsinin ilk oyununu (24 fevral) və "Atletiko" ilə La Liqa matçını (7 mart) buraxa bilər.

Qeyd edək ki, cari mövsümdə cəmi 8 oyun keçirən Eden Azar 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi