"Real"ın hücumçusu məhkəmədə irqçiliklə bağlı ifadə verəcək

"Real"ın hücumçusu məhkəmədə irqçiliklə bağlı ifadə verəcək "Real Madrid"futbol komandasının braziliyalı hücumçusu Vinisius Barselonanın 18 saylı İstintaq Məhkəməsinin sədrinə videokonfrans vasitəsilə irqçilik işi üzrə ifadə verəcək.
Futbol
11 Yanvar , 2025 03:27
Realın hücumçusu məhkəmədə irqçiliklə bağlı ifadə verəcək

İspaniyanın "Real" klubunun braziliyalı hücumçusu Vinisius Barselonanın 18 saylı İstintaq Məhkəməsinin sədrinə videokonfrans vasitəsilə irqçilik işi üzrə ifadə verəcək.

“Report” xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbə bildirib ki, hadisə 2023-cü ilin oktyabrında “Barselona” ilə oyun zamanı baş verib. Həmin matçda 3 katalon azarkeşin irqçi şüarlar səsləndirməsi kameralara tuş gəlib. Onlardan biri azyaşlı olduğu üçün onun işi başqa orqan tərəfindən araşdırılır.

Qeyd olunur ki, yanvarın 23-də Vinisius zərərçəkmiş şəxs qismində məhkəməyə gələcək.

Bundan əvvəl "Real" azyaşlı azarkeşi irqçiliyə görə cərimələyib.

Klub bildirib ki, uşaq Vinisiusa baş verənlərə görə üzr istəyən məktub göndərib. Nəticədə onun bir il müddətinə stadionlara getməsinə qadağa qoyulması və məhkəməyə qədər cərimələnməsi qərara alınıb. Cərimənin məbləği açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi