Bakı. 28 fevral. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu son 23 ildə ilk dəfə mövsüm ərzində böyük hesablı 5 məğlubiyyətlə üzləşib.
"Report"un məlumatına görə, antiyubiley göstərici ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Barselona"ya 0:3 hesablı ev məğlubiyyətindən sonra gerçəkləşib. Daha əvvəl "kral klubu" Çempionlar Liqasının qrup mərhələsində Rusiya MOİK-inə, La Liqada isə "Eybar" və "Sevilya"ya belə hesabla uduzub. "Barselona" ilə çempionat qarşılaşmasında isə fərq daha böyük olub - 1:5.
Sonuncu dəfə bu cür seriya 1995-1996 mövsümündə yaşanıb.
Qeyd edək ki, "Real Madrid" İspaniya Kubokundakı son 5 matçda qalib gələ bilməyib. "Kral klubu" 3 heç-heçə, 2 məğlubiyyətlə üzləşib. Sonuncu dəfə paytaxt təmsilçisi Kataloniya komandasına 1996-1997 mövsümündə 1/4 finalda qalib gəlib - 2:0.