"Real"ın baş məşqçisi Luka Modriçə məşqçilər korpusunda yer almağı təklif edib
Futbol
- 20 fevral, 2024
- 13:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya təmsilçisi "Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçə Madrid klubunun məşqçilər korpusunda yer almağı təklif edib.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, 38 yaşlı xorvatiyalı buna görə italiyalı mütəxəssisə təşəkkür etsə də, prioritetinin futbolçu karyerasını davam etdirmək olduğunu bildirib.
Daha əvvəl Modriçin Madrid klubu ilə müqaviləsini yeniləməyəcəyi və karyerasını başa vuracağı barədə informasiya yayılmışdı.
Təcrübəli yarımmüdafiəçi 2012-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm keçirdiyi 28 oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Modriçin Madrid klubu ilə müqavilə müddəti 2024-cü ilin yayında başa çatır.
Son xəbərlər
11:18
Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Daxili siyasət
11:14
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
Fərdi
11:00
Gijs de Best: "Rəqəmsallaşma və tənzimləmə Azərbaycanın istehlak bazarında yeni imkanlar yaradır"
Biznes
10:55
İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib
Energetika
10:45
Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"
Futbol
10:43
Azərbaycan banklarında eyni cihazdan çoxsaylı girişlərə nəzarət gücləndiriləcək
Maliyyə
10:37
Rusiyanın İsveçrədə dondurulmuş aktivlərinin həcmi 10,2 milyard dollara çatıb
Maliyyə
10:36
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Elm və təhsil
10:35
102-yə müraciətlərin banklara ötürülməsi avtomatlaşdırılacaq
Maliyyə