Rayan Ait-Nuri qışda "Mançester Siti"dən ayrıla bilər

Futbol
  • 12 noyabr, 2026
  • 15:16
Rayan Ait-Nuri qışda Mançester Sitidən ayrıla bilər

İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Rayan Ait-Nuri qış transfer dönəmində klubunu dəyişə bilər.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, İtaliyanın "Yuventus" və İspaniyanın "Barselona" klubu 25 yaşlı müdafiəçi ilə maraqlanır.

Turin klubu 25 yaşlı cinah oyunçusunu əsas hədəf kimi müəyyənləşdirib. "Qoca sinyora" yayda futbolçunu heyətinə qatmaq istəsə də, rədd cavabı almışdı.

Rayan Ait-Nuri daha çox oyun təcrübəsi qazanmaq üçün komandasını dəyişmək niyyətindədir. "Mançester Siti" isə onu icarəyə verməyə hazırdır.

Xatırladaq ki, əlcəzairli oyunçu cari mövsüm 4 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.