Rauf Əliyev: "Kəpəz"ə vaxt itirmək üçün gəlməmişəm"

Rauf Əliyev: "Kəpəz"ə vaxt itirmək üçün gəlməmişəm" "Kəpəz"in yeni transferi Rauf Əliyevin "Report"a müsahibəsi
Futbol
21 İyul , 2022 17:32
Rauf Əliyev: Kəpəzə vaxt itirmək üçün gəlməmişəm

"Kəpəz"in yeni transferi Rauf Əliyevin "Report"a müsahibəsi

– Paytaxt klublarından sonra bölgə komandasına keçid necə hissdir?

– Daha öncə də bölgə klublarında – "Xəzər Lənkəran" və "Qəbələ"də çıxış etmişəm. "Kəpəz" azarkeş kütləsinə malik olan köklü klubdur. "Kəpəz"ə keçidimdə də bu, məni cəlb etdi.

– Heyətdə sizdən başqa, Əfran İsmayılov, Elvin Yunuszadə, Tural Axundov kimi təcrübəli futbolçular var. Ancaq sizcə, bu yaşlı heyət komandanın ən azı Premyer Liqada qalmasına kömək edəcəkmi?

– Rəhbərlik istəyir ki, Gəncənin komandası yaxşı nəticələr göstərsin, azarkeşləri sevindirsin. Yaş amilinə gəlincə, bu, bütün dünyada belədir. Bu amil o qədər də rol oynamır. Hər bir komandada 32 - 35 yaşlı futbolçular olmalıdır. Biz də öz təcrübəmizlə komandaya yardımçı olmağa çalışacağıq.

– Sizcə, "Şamaxı"ya qarşı keçirdiyiniz ilk yoxlama oyununda necə təsir bağışladınız?

– Əvvəldən də baş məşqçi ilə danışmışdıq ki, yoxlama oyununda son dəqiqələrdə meydana çıxım. Bu komandaya ayın 8-dən qoşulmuşam. Hələ çemppionatın başlanmasına təxminən iki həftə var. Çalışacağam ki, onadək tam formaya düşüm.

– Artıq 33 yaşınız var. Demək olarmı ki, bu, Rauf Əliyevin çıxış edəcəyi son klubdur?

– Bu barədə heç fikirləşməmişəm. Öz gücümü bilirəm, hələ oynamağı bacaracağımı hiss edirəm. "Kəpəz"ə də vaxt itirmək üçün yox, onu gücləndirmək üçün gəlmişəm.

Son xəbərlər

Orphus sistemi