Rafael Benites "Everton"un baş məşqçisi oldu

Rafael Benites "Everton"un baş məşqçisi oldu İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi açıqlanıb.
Futbol
30 İyun , 2021 18:29
Rafael Benites Evertonun baş məşqçisi oldu
Rafael Benites

İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi açıqlanıb.

"Report" Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda ispaniyalı mütəxəssis Rafael Benitesə tapışırılıb.

Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. Baş məşqçi iyulun 5-də işə başlayacaq. Benites İspaniyanın "Real Madrid" klubu ilə müqavilə imzalamış Karlo Ançelottini əvəzləyib.

Qeyd edək ki, Rafael Benites 2006 - 2010-ci illərdə "Everton"un əzəli rəqibi "Liverpul"a rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi