Qvardiola yanvarda "Mançester Siti"yə yeni futbolçular almaqdan imtina edib

Futbol
  • 29 sentyabr, 2019
  • 01:04
Qvardiola yanvarda Mançester Sitiyə yeni futbolçular almaqdan imtina edib

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola klubun bu qış yeni futbolçular almayacağını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Sky Sports" bildirib.

Kataloniyalı bildirib ki, o, klubun gənc futbolçularına bel bağlayacaq.

"Yanvarda biz klubumuza yeni oyunçular almağa hazırlaşmırıq. Akademiyadakı perspektivli gənclərə bel bağlayacağıq. Bizim akademiyada Teylor Harvud-Bellis, Erik Qarsiya və digər futbolçular var. Onlar bizə kömək edə biləcək istedadlı oyunçulardır", - Qvardiola bildirib.

Daha əvvəl İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi gələcəkdə onu hansı şəxsin əvəz edə biləcəyini söyləyib. Qırx səkkiz yaşlı mütəxəssisin fikrincə, "şəhərlilər"ə onun köməkçisi Mikel Arteta rəhbərlik edə bilər.