Qurban Qurbanov: "Oyunçular belə qələbəni haqq edirdilər"

Qurban Qurbanov: "Oyunçular belə qələbəni haqq edirdilər" "Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik və çətin oyunlardan çıxmışıq. Oyunçuarlar belə qələbəni haqq edirdilər"
Futbol
27 Avqust , 2021 01:59
Qurban Qurbanov: Oyunçular belə qələbəni haqq edirdilər

"Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik və çətin oyunlardan çıxmışıq. Oyunçular belə qələbəni haqq edirdilər".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin"i 3:1 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis stadiondakı atmosferin möhtəşəm olduğunu söyləyib: "Azarkeşlər də çox mədəni idi. Həm komanda, həm də baş məşqçiləri özlərini mədəni aparırdı. "Aberdin"ə və onların azarkeşlərinə uğurlar və daha yaxşı nəticələr arzulayıram. Sonda öz "Qarabağ"lılarımı, azərbaycanlılarımı təbrik edirəm. Həqiqətən çox möhtəşəm qalibiyyət oldu".

Son xəbərlər

Orphus sistemi