Qurban Qurbanov: "Marsel"ə qarşı layiqli oyun göstərmək istəyirik"

Qurban Qurbanov: "Marsel"ə qarşı layiqli oyun göstərmək istəyirik" "Matça rahat yox, amma çox ciddi hazırlaşmışıq və yaxşı rəqibə qarşı oynayacağıq".
Futbol
15 Fevral , 2022 15:00
Qurban Qurbanov: Marselə qarşı layiqli oyun göstərmək istəyirik
Qurban Qurbanov

"Səfərdə layiqli oyun göstərmək və uğurlu nəticə əldə etmək istəyirik".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə ilk oyun öncəsi Heydər Əliyev aeroportunda deyib,

50 yaşlı mütəxəssis bildirib ki, matça rahat yox, çox ciddi hazırlaşıblar: "Yaxşı rəqibə qarşı oynayacağıq. Futbolçuların bu günlərdə inamlı olmaları üçün çalışırıq. Böyümək istəyiriksə, özümüzə daha çox güvənməliyik. Daim bunu oyunçulara demişik. Əminəm ki, nəticəsini görəcəyik".

Qurbanovun sözlərinə görə, futbolçuların hazırlığı normaldır: "Sadəcə, ola bilər ki, mənimlə danışanda hər şeyə "Bəli, hazırıq" desinlər. Amma futbolçu psixologiyası fərqlidir. Neçə illərdir onları tanıyıram. Bəzən, deməsələr də, narahatlıq hiss edirik. Lakin hazırda bunu futbolçularda görmürəm. Bir neçə toplantımız oldu. Hamısı rəqibi çox yaxşı, yaxından tanıdı. Son illərdə onların böyüdüklərini hiss edirəm. Ümid edirəm ki, yanılmıram".

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi