Qurban Qubanov: “Qələbəni əsgərlərimizə və Azərbaycan xalqına həsr edirəm”

Qurban Qubanov: “Qələbəni əsgərlərimizə və Azərbaycan xalqına həsr edirəm” "Futbolçularımı yox, əsgərlərimi təbrik edirəm. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm".
Futbol
2 Oktyabr , 2020 00:50
Qurban Qubanov: “Qələbəni əsgərlərimizə və Azərbaycan xalqına həsr edirəm”
Qurban Qurbanov

"İlk növbədə, futbolçularımı yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün onlar əsgər kimi idilər. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm".

"Report" xəbər verir ki, bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Polşada "Legiya" komandasını 3:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off oyunundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis hesabın matçın nəticəsini tam əks etdirmədiyini bildirib: "Rəqib yaxşı komandadır. Amma onlar oyun sistemini dəyişmişdilər. Fikrimcə, 3:0 hesabı matçın gedişini tam əks etdirmir. Çünki "Legiya" daha yaxşı səviyyədə olan komandadır. Nəticədən tam razıyam. Polşa komandasına və yeni baş məşqçisi Çeslav Mixneviçə uğurlar arzulayıram".

"Hazırda bizim üçün elə də uğurlu vaxt deyil. Biz çox vacib matçımızda aşkar açıq-aşkar güclü olan komandaya uduzduq. Qol imkanlarından yararlana bilmədik. Rəqib bu anlamda daha yaxşı idi və çoxlu qol vəziyyəti yaratdı".

Bunu isə Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç deyib. 50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan komandası analiz etdikləri kimi oyun qurub: "Rəqibin mərkəzdə üstünlüyü olan kimi vingerlərini işə salırdılar və bizə problem yaradırdılar. Özümüz də zamanla açılacağımızı və vingerlərlə oynayacağımızı güman edirdim. Matça 2 hücumçu ilə başlamışdıq ki, rəqib əks-hücumda oynasın. Qrup mərhələsinə çıxa biləcəyimizi düşünürdüm. Üzərində işləməli olduğumuz məqamlar var. Gələcəkdə biz belə oyunları uduzmamalıyıq"
 
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasında pley-off oyununu keçirib. Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasında pley-off oyununu keçirib. Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Son xəbərlər

Orphus sistemi