"Qızıl top" mükafatını alacaq futbolçunun adı açıqlanıb
Futbol
- 24 sentyabr, 2024
- 05:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“France Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını alacaq futbolçu bəlli olub.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın məşhur "Marca" nəşri məlumat yayıb.
Mükafat İspaniyanın "Real" klubunun və Braziliya millisinin üzvü Vinisius Juniora veriləcək.
24 yaşlı oyunçunun artıq bundan xəbərdar olduğu vurğulanıb.
Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümündə Madrid təmsilçisi ilə İspaniya çempionu olub. O, bundan əlavə UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu da qazanıb. Vinger 49 matçda 26 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə təqdim olunacaq.
Son xəbərlər
11:08
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Hadisə
11:01
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Xarici siyasət
11:00
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir - Faktiki hava
Ekologiya
10:57
Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir
Xarici siyasət
10:52
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
Digər ölkələr
10:31
Foto
Video
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Dünya çempionatı: Azərbaycan güləşçilərindən üçü mübarizəyə başlayır, ikisi final görüşünə çıxacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda