"Qızıl oğlan" mükafatı: Yekun siyahı açıqlandı

"Qızıl oğlan" mükafatı: Yekun siyahı açıqlandı Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.
Futbol
15 Oktyabr , 2020 15:24
Qızıl oğlan mükafatı: Yekun siyahı açıqlandı

Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.

"Report"un məlumatına görə, İtaliyanın “Tuttosport” nəşrinin təsis etdiyi mükafat üçün 20 oyunçu arasında seçim ediləcək.

"Qızıl oğlan" mükafatına 20 namizəd bunlardır: Mitçel Bakker (PSJ, Fransa), Eduardu Kamavinqa ("Renn", Fransa), Conatan Devid ("Lill", Fransa), Alfonso Deyvis ("Bavariya", Almaniya), Serjino Dest ("Barselona", İspaniya), Fabiu Silva ("Vulverhempton", İngiltərə), Ansu Fati ("Barselona", İspaniya), Fil Foden, Ferran Torres (hər ikisi "Mançester Siti", İngiltərə), Rayan Qravenberx ("Ayaks", Niderland), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Erlinq Holann, Ceydon Sanço (hər ikisi "Borussiya", Dortmund, Almaniya), Kallum Hadson-Odoi ("Çelsi", İngiltərə), Deyan Kulusevski ("Yuventus", İtaliya), Vinisius, Rodriqo ("Real Madrid", İspaniya), Bukayo Saka ("Arsenal", İngiltərə), Dominik Soboslai ("Zalsburq", Avstriya), Sandro Tonali ("Breşiya", İtaliya), Ferran Torres ("Mançester Siti", İngiltərə)

Qeyd edək ki, 2019-cu ildə bu mükafata İspaniya "Atletiko"sunda çıxış edən portuqaliyalı Joau Feliş layiq görülüb.

Son xəbərlər

Orphus sistemi