“Qırmızı şeytanlar” “Sautgempton”u darmadağın etdi

“Qırmızı şeytanlar” “Sautgempton”u darmadağın etdi “Mançester Yunayted” futbol komandası İngiltərə Premyer Liqasının 22-ci turunun matçında öz meydanında “Sautgempton”u qəbul edib.
Futbol
3 Fevral , 2021 02:45
“Qırmızı şeytanlar” “Sautgempton”u darmadağın etdi

“Mançester Yunayted” futbol komandası İngiltərə Premyer Liqasının 22-ci turunun matçında öz meydanında “Sautgempton”u qəbul edib.

“Report” xəbər verir ki, görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb. Belə ki, “Qırmızı şeytanlar” rəqibin qapısına 9 cavabsız qol vurub.

“Mançester Yunayted” futbol komandasında Aron Uan-Bissaka, Markus Reşford, Edinson Kavani, Antoni Marsyal, Skot Maktominey, Brunu Fernandeş və Deniel Ceyms fərqlənib. 34-cü dəqiqədə isə “Sautgempton”un müdafiəçisi Yan Bednarek öz qapılarına qol vurub.

Bundan başqa, oyunun ikinci dəqiqəsində qonaq komandanın yarımmüdafiəçisi Aleksandr Yankeviç, 87-ci dəqiqəsində isə Bednarek qırmızı vərəqə alıb.

58-cı dəqiqədə Çe Adams vurulan qolların birinin əvəzini çıxsa da, VAR (video-köməkçi hakim) sistemindən istifadə edildiyindən sonra qol ləğv edilib.

Son xəbərlər

Orphus sistemi