DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək

DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının oyunlarının keçiriləcəyi 3 stadion bu gün bərpa olunacaq Asiya Çempionlar Liqasının (AFC) matçlarını qəbul edəcək.
Futbol
14 Sentyabr , 2020 13:33
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək

Qətərdəki futbol üzrə 2022-ci il dünya çempionatının stadionlarından 3-ü Asiya Çempionlar Liqasının matçlarını qəbul edəcək.

"Report"un məlumatına görə, bu barədə TASS-a mundialın Təşkilat Komitəsindən bildirilib.

Bu gün bərpa olunacaq turnirin Qərb zonasınının qarşılaşmaları mərkəzləşdirilmiş formatda "Əl-Canub", "Edyukeyşn Siti" və "Xəlifə Beynəlxalq Stadionu"nda olacaq. Həmçinin Qətərin "Cas-cim bin Həməd" arenası da 14 sentyabr - 3 oktyabr tarixlərindəki matçlara ev sahibliyi edəcək.

Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və İran klubları finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Qələbə qazanan komanda həlledici görüşdə Şərq zonasının qalibi ilə üz-üzə gələcək. Final qarşılaşması 2020-ci il dekabrın 19-da oynanılacaq.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı 21 noyabr - 18 dekabrda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi