"Qəbələ" UEFA Gənclər Liqasında cavab oyununa çıxacaq

Futbol
  • 25 oktyabr, 2023
  • 06:42
Qəbələ UEFA Gənclər Liqasında cavab oyununa çıxacaq

Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, "qırmızı-qaralar" I mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Norveçdən olan Məhəmməd Usman Aslam idarə edəcək.

Qeyd edək ki, tərəflər arasında Qəbələ şəhər stadionunda gerçəkləşən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

44 - Tezliklə