"Qəbələ" Rusiya klubu ilə oyunda qələbəni əldən verib

"Qəbələ" Rusiya klubu ilə oyunda qələbəni əldən verib Bakı. 20 yanvar. REPORT.AZ/ Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirən “Qəbələ” komandası bu gün növbəti yoxlama oyununu keçirib.
Futbol
20 Yanvar , 2019 22:18
Qəbələ Rusiya klubu ilə oyunda qələbəni əldən verib

Bakı. 20 yanvar. REPORT.AZ/ Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirən “Qəbələ” komandası bu gün növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, “qırmızı-qaralar” ikinci görüşündə Rusiyanın “Yenisey” klubu ilə qarşılaşıb.

Belek qəsəbəsindəki “Cornelia Diamond” otelinin meydançasında təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Qəbələ"nin futbolçuları meydana qara sarğı ilə çıxıblar.

Qeyd edək ki, bu matç “Qəbələ”nin Antalyada ikinci sınağı olub. "Qırmızı-qaralar" ilk oyunda Almaniyanın “Meppen”inə 1:2 hesabı ilə uduzub.

Yoxlama oyunu

20 yanvar

18:00. “Qəbələ” – “Yenisey” (Rusiya) - 2:2

Qollar: Rauf Əliyev, 53. Sabien Lilay, 71-pen. - Aleksey Qritsayenko, 56. Mixail Komkov, 90

Son xəbərlər

Orphus sistemi