"Qəbələ"nin yeni məşqçilər korpusu fəaliyyətə başlayıb
Futbol
- 06 yanvar, 2015
- 05:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın “Qəbələ” futbol komandasının məşqçilər korpusu yeni tərkibdə fəaliyyətə başlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyənin Antalya bölgəsindəki toplanışından etibarən Sənan Qurbanov, Mixaylo Savka və Stepan Matveyev köməkçi məşqçi qismində, Andrey Qluşenko qapıçılar üzrə məşqçi kimi, Anatoli Korotiya isə elmi-metodiki sahədə baş məşqçi Roman Qriqorçuka kömək edəcəklər.
S.Qurbanov əvvəlki baş məşqçilərin dövründə də komandada olub, digər mütəxəssislər isə R.Qriqorçukla birgə Ukrayna "Çernomorets"ində çalışıb.
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışına yanvarın 5-dən start verib.
Son xəbərlər
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr
23:17
Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır
Xarici siyasət
23:17
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Xarici siyasət
23:17
Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik
Xarici siyasət
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region