"Qəbələ"nin keçmiş futbolçusu erməni klubunu şəxsi istəyi ilə tərk edib

"Qəbələ"nin keçmiş futbolçusu erməni klubunu şəxsi istəyi ilə tərk edib Tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında pozulub
Futbol
27 Sentyabr , 2017 10:03
Qəbələnin keçmiş futbolçusu erməni klubunu şəxsi istəyi ilə tərk edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Qəbələ" klubunun sabiq futbolçusu Marat İzmaylov Rusiyanın "Ararat" komandasını tərk edib. "Report"un məlumatına görə, tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

35 yaşlı yarımmüdafiəçi şəxsi səbəblər üzündən belə qərar qəbul etdiyini bildirib: "Bu, mənim üçün çox çətin qərardır. Lakin şəxsi səbəblərdən komandanı tərk etməli oldum".

Qeyd edək ki, Marat İzmaylov 2013-2014 mövsümünün ikinci yarısında "Qəbələ"nin formasını geyinib. Ermənilərə məxsus "Ararat"a yayda azad agent kimi transfer olunmuş İzmaylov 4 oyuna 2 qol vurub. 

Son xəbərlər

Orphus sistemi