"Qəbələ" "Keşlə" ilə səfər oyununda xal itirib
- 13 mart, 2018
- 13:30
Bakı. 13 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
“Report”un məlumatına görə, ilk oyun günündə bir matç keçirilib.
“İnter Arena”da “Keşlə” və “Qəbələ” üz-üzə gəlib. Qarşılaşmada hesabı qonaqlar açıb. Baqali Dabo 32-ci dəqiqədə fərqlənib. Fasilədən sonra isə meydan sahiblərinin heyətində Voislav Stankoviç öz qapısını nişan alıb. Serbiyalı müdafiəçinin 59-cu dəqiqədə yol verdiyi kobud səhv həm də yekun nəticəni müəyyənləşdirib - 1:1.
Görüş baş hakim Ömər Paşayevin kobud səhvləri ilə də yadda qalıb. Gənc FİFA referisi 65-ci dəqiqədə "Qəbələ"nin qapısına aşkar penaltini təyin etməyib, 90+2-ci dəqiqədə isə "qırmızı-qaralar"ın qaydalar çərçivəsində vurduğu qolda ofsayd qeydə alıb.
Bu bərabərlikdən sonra komandaların turnir cədvəlindəki mövqelərində dəyişiklik baş verməyib. “Qəbələ” 39 xalla 2-ci, “Keşlə” isə 16 xalla 7-cı sıradadır.
Qeyd edək ki, XX turun digər 3 oyunu martın 14-də keçiriləcək. “Neftçi” “Qarabağ”ı, “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Kəpəz”i qəbul edəcək.