"Qəbələ" Hollandiya komandası ilə qaşılaşacaq
Futbol
- 25 dekabr, 2014
- 11:35
Bakı. 25 dekabr. REPORT.AZ/ Qış təlim-məşq toplanışını yanvarın 5-dən Türkiyənin Antalya şəhərində keçirəcək Azərbaycanın "Qəbələ" futbol komandasının yoxlama oyununda qüvvəsini sınayacağı rəqiblərdən ikisi müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əyalət təmsilçisi Hollandiyanın PSV və Ukraynanın "Vorskla" klubları ilə qarşılaşacaq.
Hollandiya təmsilçisi ilə görüş yanvarın 10-da baş tutacaq. Yanvarın 17-də isə baş məşqçi Roman Qriqorçukun komandası "Vorskla" ilə qüvvəsini sınayacaq.
Bundan başqa, "Qəbələ" yanvarın 14, 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Rəqiblərin adlarına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, yanvarın 5-də Antalyaya yollanacaq "Qəbələ" ayın 29-da vətənə dönəcək.
Son xəbərlər
07:13
"Tasnim": ABŞ SEPAH katerlərini yox, mülki şəxslərin qayıqlarını atəşə tutub
Region06:49
Foto
Video
Gəncədəki yanğın tam söndürülüb- YENİLƏNİB-2
Hadisə06:42
Tramp ələ keçirilmiş İran tankerlərindəki neftin aqibəti barədə danışıb
Digər ölkələr05:39
"O Globo": Lula da Silva mayın 7-də ABŞ-yə səfər edəcək
Digər ölkələr05:13
"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir
Ekologiya04:45
SEPAH: Trampın bugünkü problemi Hörmüz boğazının açılmasıdır
Region04:17
Ağ Evdə Konqresə aralıq seçkilərində ehtimal olunan məğlubiyyətə hazırlaşırlar
Digər ölkələr03:49
Rusiyada yanğın zamanı uşaqlar da daxil olmaqla, beş nəfər həlak olub
Region03:24