"Yayda çempionat bitəndən sonra yenidən Azərbaycana gələcəklər. Bizim futbolçular arasında seleksiya işi görüb, yeni simaları aparmağı planlaşdırırlar".
Bunu "Report"a açıqlamasında "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Famil Xəlilov İspaniyanın məşhur “Marset” Futbol Akademiyasının rəhbərliyinin "qırmızı-qaralar"ın düşərgəsini ziyarət etməsi ilə bağlı danışarkən deyib.
Mütəxəssis qonaqların infrastruktur, məşqlər, oyunçuların qidalanması və bir sıra məsələlərlə maraqlandığını söyləyib: "İş adamı Adnan Əhmədzadənin yaratdığı ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) "Marset"lə müqaviləsi var. Hər il 10-15 azərbaycanlı oyunçuya burada təhsil almaları üçün müəyyən ödənişlər edilir. ASTA təhsil və ödənişləri öz üzərinə götürür, "Marset" seçimlər aparır. Biz də klub olaraq araşdırdıq. Həqiqətən yaxşı və məsləhətli yer olduğunu gördük. Niyə oyunçuların yaxşı yerə getməsinin qarşısını alaq? Bu səbəbdən klub rəhbərliyi belə qərara gəldi ki, onlarla işləməyə maraq göstərək".
Xəlilov artıq 2008-ci il təvəllüdlü futbolçuları Ariz Kərimovun sözügedən akademiyada təhsilini davam etdirdiyini xatırladıb: "O gedəndən sonra “Marset” bizimlə yaxından tanış olmaq istədi. İnfrastruktur, məşqlər və oyunçuların qidalanması ilə maraqlandılar. Ətraflı məlumat aldılar. Xoş təəssüratla buradan ayrıldılar. Qəbələ Futbol Akademiyası ilə işləməyin onlar üçün xoş olduğunu vurğuladılar. Yeni izlədikləri futbolçular var. Onlarla işləməkdə maraqlı olduqlarını söylədilər".