Qaret Sautqeyt İngiltərə millisindəki vəzifəsindən istefa verib

Qaret Sautqeyt İngiltərə millisindəki vəzifəsindən istefa verib İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt postundan istefa verib.
Futbol
16 İyul , 2024 14:16
Qaret Sautqeyt İngiltərə millisindəki vəzifəsindən istefa verib

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt istefa verib.

"Report"un məlumatına görə, bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssis milliyə 2016-cı ildən başçılıq edirdi. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 102 oyunda 61 qələbə, 17 məğlubiyyət və 24 heç-heçə ilə yadda qalıb.

Qeyd edək ki, İngiltərə yığması Almaniyada təşkil olunan AVRO-2024-ün finalında İspaniyaya 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi