"Qarabağ" - "Sürix" matçının vaxtı bəlli olub

"Qarabağ" - "Sürix" matçının vaxtı bəlli olub "Qarabağ" və İsveçrə "Zürix"i arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyununun vaxtı bəlli olub.
Futbol
13 İyul , 2022 12:48
Qarabağ - Sürix matçının vaxtı bəlli olub

"Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyununun vaxtı bəlli olub.

"Report" "Rts.ch" saytına istinadən xəbər verir ki, qarşılaşma iyulun 19-da saat 20:00-da başlayacaq.

İyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "köhlən atlar" I təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb - 0:1; 5:1.

Son xəbərlər

Orphus sistemi