"Qarabağ" yoxlama oyununda "Keşlə"ni 7 cavabsız qolla məğlub etdi

"Qarabağ" yoxlama oyununda "Keşlə"ni 7 cavabsız qolla məğlub etdi Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Qarabağ” və “Keşlə” komandaları bu gün yoxlama oyunununda üz-üzə gəlib
Futbol
26 İyun , 2021 19:50
Qarabağ yoxlama oyununda Keşləni 7 cavabsız qolla məğlub etdi

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ" və "Keşlə" komandaları yoxlama oyunununda üz-üzə gəlib.

"Report" xəbər verir ki, “Azərsun Arena”da keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın qollarını 22-ci dəqiqədə Abdullah Zubir, 28 və 30-cu dəqiqədə Xayme Romero, 44-cü və 47-ci dəqiqələrdə Musa Qurbanlı, 61-ci dəqiqədə yeni transfer Kadi Yuri Borqes Malinovski, 88-ci dəqiqədə isə Hüseyn Hüseynzadə vurub.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında İsrailin "Aşdod", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi