“Qarabağ”ın yeni transferi “Ferentsvaroş”la anlaşmağa yaxın olub
Futbol
- 24 yanvar, 2023
- 11:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın yeni transferi Redon Cicanın Macarıstan klubu “Ferentsvaroş”a keçidi son anda baş tutmayıb.
“Report” “nemzetisport.hu”ya istinadən xəbər verir ki, Albaniya “Tirana”sının 25 yaşlı hücumçusu ötən həftə “Ferentsvaroş”la müqavilə imzalamağa yaxın olub.
Macarlar Albaniya millisinin üzvü üçün 500 min avro təklif etsələr də, qarşı tərəf buna müsbət cavab verməyib. “Tirana”nın tələbi 1 milyon avro olub. “Ferentsvaroş” yeni təklif göndərməyə hazırlaşdığı vaxtda isə cəld tərpənən Azərbaycan təmsilçisi albanlarla danışığı müsbət yekunlaşdırıb.
Bu gün tibbi müayinədən keçəcək Redon Cica ardından “Qarabağ”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq.
Son xəbərlər
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə