"Qarabağ" sabiq futbolçusunun keçidini açıqladı

"Qarabağ" sabiq futbolçusunun keçidini açıqladı "Qarabağ" klubu yeni transferini açıqlayıb.&
Futbol
929
2 İyul , 2020 12:12
Qarabağ sabiq futbolçusunun keçidini açıqladı
Donald Gerye

"Qarabağ" klubu yeni transferini açıqlayıb. 

"Report" klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Donald Geryenin komandaya qayıtdığını bəyan edib.

Klub 31 yaşlı haitili cinah oyunçusu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb. 

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.