"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandalar bəlli olub.
Futbol
19 Sentyabr , 2022 14:00
Qarabağ Real Madridlə eyni siyahıda yer alıb

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandalar bəlli olub.

"Report"un məlumatına görə, 15 klubun olduğu siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı 6 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü noyabrın 9-na təxirə salınıb.

Top-5 liqalarda yalnız "Real Madrid" İspaniya La Liqasındakı 6 oyunun hamısında qalib gəlib.

Belçikada "Antverpen" (9), Şimali Makedoniyada "Struqa", Portuqaliyada "Benfika" (7), Lüksemburqda "Düdelanj" (7), Macarıstanda "Ferentsvaroş" (6), Yunanıstanda "Panatinaikos" (5), Maltada "Birkirkara" və "Hamrun" (hər ikisi 4), Ukraynada "Dnepr-1" (3), San Marinoda "Pennarossa", "Kosmos" və "Fiorita", Andorrada isə "İnter Eskaldes" (2) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Son xəbərlər

Orphus sistemi