“Qarabağ” Türkiyə toplanışındakı son oyununda məğlub olub

“Qarabağ” Türkiyə toplanışındakı son oyununda məğlub olub “Qarabağ” Türkiyədəki təlim-məşq toplanışında ilk qələbəsini qazanıb.
Futbol
18 Yanvar , 2023 20:27
“Qarabağ” Türkiyə toplanışındakı son oyununda məğlub olub

"Qarabağ" Türkiyənin Antalyada şəhərindəki təlim-məşq toplanışında keçirdiyi son yoxlama oyununda uduzub.

"Report"un məlumatına görə, "köhlən atlar" Polşanın "Poqon" klubu ilə matçdan 2:4 hesablı məğlubiyyətlə ayrılıb. Ağdam təmsilçisinin qollarını qollarına 49-cu dəqiqədə Marko Yankoviç və 90+4-cü dəqiqədə Abdullah Zubir imza atıb.

70-ci dəqiqədə "Qarabağ"dan Ramiş Şeydayev, "Poqon"dan isə Leandro Kutris birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Rəqib futbolçu təhqirə, Azərbaycan millisinin üzvü isə onu vurduğuna görə cəzalandırılıb.

14:48

“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışında ilk qələbəsini qazanıb.

“Report” xəbər verir ki, Ağam təmsilçisi günün birinci qarşılaşmasında Serbiya klubu “Çukariçki”ni məğlub edib.

Antalyada baş tutan matçda Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə üstələyib. Yeganə qola 42-ci dəqiqədə kolumbiyalı futbolçu Kevin Medina imza atıb.

Qurban Qurbanov bu gün daha bir oyunda komandasını sınayacaq. “Qarabağ” Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə Polşa təmsilçisi “Poqon”la üz-üzə gələcək. Bununla da ağdamlıların Antalya toplanışı başa çatacaq.

Qeyd edək ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi