"Qarabağ" son yoxlama oyununda da üstünlüyünü əldən verib

"Qarabağ" son yoxlama oyununda da üstünlüyünü əldən verib Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu son yoxlama oyununu keçirib.
Futbol
29 İyun , 2022 22:30
Qarabağ son yoxlama oyununda da üstünlüyünü əldən verib

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu son yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv günün ikinci matçında Rumıniyanın "Universitatya Krayova" komandası ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 16-cı dəqiqədə cərimə zərbəsindən Filip Ozobiç açıb. 36-cı dəqiqədə isə Ağdam təmsilçisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin kobud səhvindən sonra Andrey İvan bərabərlik qolunu vurub.

Qeyd edək ki, "Qarabağ" günün ilk matçında Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə də üstünlüyünü əldən verib - 2:2.

Son xəbərlər

Orphus sistemi