Ramil Şeydayevin yeni klubu məlum oldu - FOTO

Ramil Şeydayevin yeni klubu məlum oldu - FOTO "Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə anlaşıb.
Futbol
1 İyul , 2021 12:59
Ramil Şeydayevin yeni klubu məlum oldu - FOTO

"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə anlaşıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi tezliklə 25 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalayacaq.

"Köhlən atlar" rəsmi feysbuk səhifəsində yeni transferlərini açıqlayacaqlarını bəyan edib. Paylaşımda "Sabaha saxlamırıq, bu gün açıqlayacağıq yazılıb".

"Sabah" klubu bu gün Şeydayevlə vidalaşıb.

Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə də "Qarabağ"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi