"Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

"Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı Azərbaycan Premyer Liqasının III turunda sabah keçiriləcək son iki oyuna təyinatlar açıqlanıb.
Futbol
19 Sentyabr , 2020 14:47
Qarabağ - Neftçi oyunu FIFA referisinə tapşırıldı
Əliyar Ağayev

Azərbaycan Premyer Liqasının III turunda sabah keçiriləcək son iki oyuna təyinatlar açıqlanıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə" - "Sabah" matçı İnqilab Məmmədova, "Qarabağ" - "Neftçi" görüşü isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub.

Azərbaycan Premyer Liqası, III tur

20 sentyabr (bazar)

18:00. “Zirə” – “Sabah”
Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu
 
20:15. “Qarabağ” – “Neftçi”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena”

Qeyd edək ki, turun "Qəbələ" - "Keşlə" və "Sumqayıt" - "Səbail" görüşləri bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi