"Qarabağ" "Neftçi"ni məğlub edib

"Qarabağ" "Neftçi"ni məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Futbol
15 Sentyabr , 2019 22:23
Qarabağ Neftçini məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında "Qarabağ" "Neftçi"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində ilk qolu 31-ci dəqiqədə Mahir Emreli vurub. 69-cu dəqiqədə isə Abdullah Zubir topu rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 12-ə çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Neftçi" isə 4 xalla 5-ci yerdədir.

Qeyd edək ki, IV turun digər görüşlərində "Zirə" səfərdə "Sumqayıt"ı (2:1), "Səbail" "Keşlə"ni (2:1), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.

Son xəbərlər

Orphus sistemi