"Neftçi" "Qarabağ" üzərində əzmkar qələbə qazandı

"Neftçi" "Qarabağ" üzərində əzmkar qələbə qazandı Azərbaycan Premyer Liqasının III turunun "Qarabağ" - "Neftçi" oyunu start götürüb.
Futbol
20 Sentyabr , 2020 22:05
Neftçi Qarabağ üzərində əzmkar qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0. 

21:43

Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Qarabağ" - "Neftçi" oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 68-ci dəqiqədə qonaqların yarımüdafiəçisi Namiq Ələsgərov hesabı komandasının xeyrinə dəyişib - 2:1.

21:19

Azərbaycan Premyer Liqasının III turunun "Qarabağ" - "Neftçi" oyununda 2-ci hissəyə start verilib 

"Report"un məlumatına görə, hazırda hesab 1:1-dir.

21:02

Azərbaycan Premyer Liqasının III turunun "Qarabağ" - "Neftçi" oyununda komandalar fasiləyə yollanıblar.

"Report"un məlumatına görə, ilk hissədən sonra hesab 1:1-dir.

20:30

Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Qarabağ" - "Neftçi" oyununda 2-ci qol vurulub.
"Report"un məlumatına görə, 12-ci dəqiqədə qonaqların müdafiəçisi Voislav Stankoviç fərqlənib.
Hazırda hesab 1:1-dir

20:24

Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Qarabağ" - "Neftçi" oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 10-cu dəqiqədə Ağdam klubunun futbolçusu Ovusu Kvabena görüşdə ilk qolun müəllifi olub.

20:16

Azərbaycan Premyer Liqasının III turunun "Qarabağ" - "Neftçi" oyunu start götürüb.

"Report"un məlumatına görə, saat 20:15-də başlayan qarşılaşma "Azərsun Arena"da keçirilir.

Qeyd edək ki, tura bu görüşlə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi