Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən, "Qarabağ" bu gündən məşqləri bərpa edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bazasında baş tutan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib.
Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.
Qeyd edək ki, "Qarabağ"da futbolçular və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilib.