"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb
Futbol
- 31 avqust, 2022
- 19:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Fransanın "Nant" komandası çempionatda V turun oyununa çıxıb.
"Report" xəbər verir ki, "Nant" "Strasbur"un qonağı olub.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin Seneqaldan olan hücumçusu Habib Diallo 28-ci dəqiqədə hesabı açsa da, "Nant"ın misirli forvardı Mustafa Məhəmməd 85-ci dəqiqədə matçda tarazlığı bərpa edib.
63-cü dəqiqədə isə "Nant"ın baş məşqçisi Antuan Kombuare sarı vərəqə də alıb.
Qeyd edək ki, "Nant" hazırda 6 xalla 11-ci pillədədir.
Son xəbərlər
09:28
FT: ABŞ, Çin və Rusiya liderlərinin görüşü razılaşdırılmış gündəlik olmadan keçəcək
Digər ölkələr
09:21
"LANDAU Lions"un basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda turun ən yaxşı oyunçusu seçilib
Komanda
09:18
Bakıda avtobus piyadanı vuraraq öldürüb
Hadisə
09:15
Xocasəndə hasarın aşması nəticəsində qadın ölüb
Digər
09:10
UEFA Millətlər Liqası: Almaniya millisi evdə Niderlandla qarşılaşacaq
Futbol
09:09
FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb
Hadisə
09:00
Estoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır
Digər ölkələr
09:00
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Andorra ilə üz-üzə gələcək
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.11.2026)
Maliyyə