"Qarabağ"ın legioneri: "Şanslardan layiqincə istifadə etdik"

"Qarabağ"ın legioneri: "Şanslardan layiqincə istifadə etdik" "Əlimizə düşən şanslardan layiqincə istifadə etdik".
Futbol
7 Oktyabr , 2022 11:07
Qarabağın legioneri: Şanslardan layiqincə istifadə etdik

"Əlimizə düşən şanslardan layiqincə istifadə etdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Marko Veşoviç Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

27 yaşlı yarımmüdafiəçi çətin qarşılaşmada vacib qələbə qazandıqlarını bildirib: "İlk hissədə şanslardan yararlana bilmədik. Ancaq ikinci yarıda rəqibin verdiyi boşluqlardan istifadə etdik və qollar vurduq. Hər gün məşqlərdə bütün gücümüzlə çalışırıq ki, matçlarda əlimizdən gələni edək və bacardığımız qədər çoxlu qol vuraq".

Monteneqrolu oyunçu qalib gəldikləri üçün Allaha təşəkkür edib: "Artıq qarşıdakı matçlara baxırıq. Həmin görüşlərdən də ən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq".

Son xəbərlər

Orphus sistemi