"Qarabağ"ın konqolu futbolçu üçün Türkiyə klubuna ödədiyi məbləğ bəlli olub

Futbol
  • 27 iyul, 2018
  • 09:57
Qarabağın konqolu futbolçu üçün Türkiyə klubuna ödədiyi məbləğ bəlli olub

Bakı. 27 iyul. REPORT.AZ/ "Qarabağ"ın Türkiyənin "Bursaspor" klubundan heyətinə qatdığı Con Delarjın transfer qiyməti müəyyənləşib. 

"Report" futbolarena.com saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 28 yaşlı konqolu hücumçu üçün Türkiyə təmsilçisinə 170 min avro ödəyib. 

Qeyd edək ki, Con Delarj "Qarabağ"da 3 illik müqavilə bağlayıb. 

44 filmi